Fitr bayramının mahiyyəti

Ramazan ayını ibadət, oruc, raz-niyaz, münacat, təvəssül və zikrlə keçirib Fitr bayramına daxil olmaq bir mömin üçün həqiqi mənada bayramdır. Bu bayram dünyəvi-maddi bayramlar kateqoriyasına daxil deyil. Bu, ilahi rəhmət və ilahi məğfirət bayramıdır. Ramazan ayında Haqq-Taalaya ibadət etməyə, Onun əzəmətli ziyafət süfrəsinin kənarında afiyətlə əyləşib imkanı və gücü daxilində zikr, dua, təvəssül, münacat, oruc və namazdan bəhrələnməyə müvəffəq olan insanların şükür və minnətdarlıq bayramıdır. Bu bayram, bir ay müddətində ilahi məğfirət və mükafata ümid bəsləyib ibadət və itaətlə keçirərək özünü Fitr gününə çatdıran müsəlmanların bayramıdır.

İmam Əmirəlmöminin Əlinin (ə) dostları və yaxınlarından olan Süvəyd ibn Qəfələ belə nəql edir: Fitr bayramı günü Əmirəlmöminin Əlinin (ə) evinə getdim.

فـَإِذَا عـِنـْدَهُ فـَاثـُورٌ

Həzrət süfrə kənarında əyləşmişdi və yemək yeyirdi.

وَ صـَحـْفـَةٌ فـِیهَا خَطِیفَةٌ وَ مِلْبَنَةٌ

Həzrətin qarşısına qoyulan yemək çox sadə və fəqiranə idi; sud və unun qarşığından ibarət bir yemək var idi.

فَقُلْتُ یَا أَمِیرَ الْمُؤْمِنِینَ یَوْمُ عِیدٍ وَ خَطِیفَةً

Həzrətə dedim: Ey Əmirəlmöminin! Siz bayram günü də belə fəqiranə yemək yeyirsiniz? Adətən, bayram günü insanlar istədikləri dadlı yeməkləri yeyirlər. Siz isə bu cür yeməklə kifayətlənirsiz?

فَقَالَ إِنَّمَا هَذَا عِیدُ مَنْ غُفِرَ لَهُ

Həzrət buyurdu: Bu gün bayram günüdür, amma ilahi məğfirətə şamil olanların bayramıdır.”

Yəni bu günün bayram olması rəngarəng, dadlı yeməklər yemək və dünyəvi əyləncələrə baş qatmaqdan ibarət deyil, bu gün həqiqi bir bayramdır, ilahi məğfirəti qazananların bayramdır.

Əmirəlmöminin Əlinin (ə) bu bayramla bağlı başqa bir cümləsi də var:

إِنَّمَا هُوَ عِيدٌ لِمَنْ قَبِلَ اللَّهُ صِيَامَهُ وَ شَكَرَ قِيَامَهُ

“Həqiqətən, bu bayram o kəslərin bayramıdır ki, Allah onların orucunu qəbul etmiş, namaz və ibadətini tərif etmişdir.”

وَ کلُّ یوْمٍ لایعْصَی اللهُ فیهِ فَهُوَ عِیدٌ

“İnsanın Allaha üsyan etmədiyi hər bir gün bayramdır.”

Əlbəttə, tövsiyə olunur ki, Fitr bayramında bir-birimizə salam və təbrik deyək, təzə libaslar geyinək və bu günü şad olaq! Amma bu bayramın həqiqəti və mahiyyəti mənəviyyata diqqət, Allahın rəhmət və məğfirətini istəməkdir. (“Dər sayesare Rəməzan”, Ayətullah Xameneinin çıxışları, 1384/8/13.)

Maide.az – Maarif bölümü