Fransanın Lion şəhər məscidində yanğın - VİDEO

Fransanın Lion şəhərindəki Əl-Salam məscidində baş verən yanğının ardından Fransa polisi günahkarların müəyyən edilməsi üçün istintaq başlatdı.
 
Maide.Az “nytimes“a istinadla xəbər verir ki, Fransanın Lion şəhərində Əl-Salaam məscidindəki yanğın, son bir həftə ərzində bu ölkədəki məscidlərində baş verən ikinci ikinci yanğındır. Bundan əvvəl Lionun yaxınlığında yerləşən Braun şəhərində də  məscid  naməlum şəxslər tərəfindən yandırılmışdı. 
 
Məlumata görə, ölkədəki müsəlmanları narahat edən hər iki hadisə ilə əlaqədar istintaq başladılıb. Müsəlmanlar Fransa hökumətindən ölkə məscidlərini qorumağa çağırıb. 
 
Fransanın daxili işlər naziri Gerald Darmanin ötən  gecə  verdiyi açıqlamda müsəlmanlara qarşı atılan bu addımı pisləyib və bildirib ki, bu kimi hərəkətlər cahil və alçaq hərəkətlərdir. 
 
Lionun meri Pierre Oliver də məscdin yandırılmasını cinayət olduğunu və  hadisə zamanı heç bir xəsarət alanine olmadığını bildirib.