Fransızlar aşkar ediblər ki, soya sağlamlığınıza zərərlidir

Fransız alimləri soya tərkibli 55 məhsulu tədqiq edərək, müəyyən ediblər ki, bu məhsullar tərkibindəki yüksək miqdarda fitoestrogenlər sayəsində xərçəng riskinə səbəb ola bilər.
 
Maide.Az "sputnik"ə istinadən xəbər verir ki, Həkim dietoloq, tibb elmləri namizədi Ekaterina Burlyaeva hesab edir ki, soya məhsullarında olan fitoestrogenlər, şişlərin inkişafına səbəb ola bilər.
 
"Həqiqətən hormon təsirli olan bəzi şişlər var. Bu şişin inkişaf etməsi üçün müəyyən hormonlara ehtiyacı var. Fitoestrogenlər çox zəif hormonal təsir göstərir və hipotetik olaraq hormona bağlı şişlərin inkişafına kömək edə bilər" deyə Ekaterina Burlyaeva bildirib. 
 
Soya məhsullarından istifadəni dayandırmaq qərarına gəldinizsə, tələsməyin. Birincisi, soya fitoestrogenləri yalnız sousda və ya soya südündə deyil, soya tərkibli məhsullarda da ola bilər. İkincisi, hər hansı bir məhsulun göstərişləri və əks göstərişləri var, deyə, Ekaterina Burlyaeva qeyd edir:
 
"Soya və fitoestrogenləri ehtiva edən digər məhsullar müəyyən patologiyalar üçün effektiv ola bilər. Məsələn, hormonabənzər effektə malik fitoestrogenlər insanı osteoporozdan qoruya bilər ... Burada tarazlığa ehtiyac var, hansı vəziyyətdə, hansı məhsului və hansı miqdarda təyin etməli olduğunuzu anlamaq lazımdır” deyə,  həkim-deotoloq, tibb elmləri namizədi Ekaterina Burlyaeva bildirib. 
 
Soya, sağlam həyat tərzi sevənlər arasında məşhur bir məhsuldur. Bu, onun kalorisinin az olması və tərkibində bir çox faydalı komponentlərin olması ilə bağlıdır. Tərkibində bitki proteininin yüksək miqdarı onu veqanlar, vegetarianlar və qeyri ənənəvi qidalananlar üçün cəlbedici edir. Soya dəbli "sağlam" qidaların bir nümunəsidir. Və, ehtimal ki, onunla istənilən dəb kimi davranmaq lazımdır, lakin yalnız qədərində..