'G-20'liyin Əfqanıstan üzrə fövqəladə sammiti başlayıb

“G-20”liyin Əfqanıstan üzrə videokonfrans formatında fövqəladə sammiti başlayıb.
 
Bu barədə İtaliya Baş nazirinin tviter səhifəsində məlumat verilib.
 
Bildirilib ki, Zirvə toplantısında əsasən Əfqanıstan əhalisinə təxirəsalınmaz humanitar yardımın edilməsi, terrora qarışı mübarizə, ölkə daxilində sərbəst hərəkət və sərhədlərin açılmasına dair məsələlər müzakirə ediləcək.
 
Zirvə toplantısının işində Rusiya Prezidenti Valdimir Putin iştirak etmir.
 
Xatırladaq ki, “G-20”liyin Zirvə toplantısı oktyabrın 30-31-də Romada keçiriləcək.
 
Qeyd edək ki, “G-20”nin üzvləri aşağıdakılardır: Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa (həmçinin Aİ üzvü), Almaniya (həmçinin Aİ üzvü), Hindistan, İndoneziya, İtaliya (həmçinin Aİ üzvü), Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Türkiyə, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı (Aİ üzvləri). / RİA Novosti/