G-7 ölkələrinin XİN rəhbərləri Pompeonun təzyiqlərinə baxmadılar

G-7 xarici işlər nazirləri Çinin koronavirus pandemiyasının mənbəyi kimi tanınmasına qarşı çıxıb.

 
Maide.Az "South China Morning Post" istinadla xəbər verir ki, Koronavirusun yayılması səbəbindən videokonfrans vasitəsilə toplanan nazirlər, "Covid-19" kimi tanınan virusun yayılmasının qarşısını almaq üçün birgə səylərin göstərilməsi lazım olduğuna dair razılığa gəliblər.
 
Lakin Amerika və Avropa diplomatları nazirlərin ABŞ dövlət katibi Mayk Pompeonun "Covid-19"-u "Uhan virusu" adlandırmaq çağırışı ilə razılığa gələ bilmədiklərini söyləyiblər.
 
Nəticədə, G7 Maliyyə nazirləri və Mərkəzi bankların ortaq kommunike çıxarmasından bir gün sonra Xarici İşlər nazirləri qrupu açıqlama verməmək qərarına gəliblər.
 
Avropa rəsmiləri Pompeonun, "Covid-19"un "Uhan virusu" olaraq tanımaqda israr etdiyini söyləyib, baxmayaraq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər ölkələr xəstəliyin qlobal təbiətinə görə coğrafi adından ehtiyat edirlər.
 
Son həftələrdə Pompeo Çini Uhanda virusun yayılması barədə təfərrüatları açıqlamamaqda və dünyanı risk altına atmaqda günahlandıraraq "Uhan virusu" ifadəsini işlətməyə başlayıb.
 
Son vaxtlara qədər ABŞ prezident Donald Tramp da tez-tez "Covid-19"-u "Çin virusu" adlandırırdı, lakin tənqidçilərin asiyalılara və asiyalı olan amerikalılara qarşı ayrıseçkilik və davranışlara rəvac verdiyi üçün bu həftənin əvvəlindən sözügedən ritorikadan imtina edib.