Gəncə-Qazax avtomagistralı genişləndiriləcək

Bakıdan Gürcüstan sərhəddinə qədər 513 km ərazini əhatə edən yolun genişləndirilməsi işləri davam etdirilir. Sürətli və keyfiyyətli aparılması üçün iş layihələrə ayrılıb və artıq yolun bir hissəsi də istismara verilib. Hacıqabula qədər olan hissə 1-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Digər ərazilərdə də yolun ən qısa zamanda 1-ci texniki dərəcəyə çatdırılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir.
 
Bu yolun texniki layihələndirməsi ilə bağlı hazırda iş aparılmaqdadır. Mütəxəsisslər qısa zaman çərçivəsində bu prosesin başa çatacağını deyirlər.
 
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev: “Artıq bildiyiniz kimi Gəncədən Qazax istiqamətinə qədər layihə də hazırdı. Yəqin ki tender prosesi bitdikdən sonra həmin hissədə də yolun 1-ci texniki dərəcəyə 4 hərəkət zolağına uyğun yenidən qurulması işlərinə başlanacaq”.
 
Ağır yol nəqliyyat hadisələrin tez tez baş verdiyi Gəncə-Qazax birzolaqlı magistralının yenidən qurulması sürücülərin işini asanlaşdırmaqla yanaşı, baş verən yol nəqliyyat hadisələrinin də qarşısını alacaq.
 
Sürücülər də bu tətbiqdən razıdırlar. Sürücü Sadıxov Xaliq: “Dördtərəfli olsa yaxşıdır, ona görə ki, sürücülərə daha rahat daha əlverişli olar, qəza az olar”.
 
Sürücü Məhəmməd Əzəlov: “Bakı qazax yolun ikitərəfli-dördtərəfli olması hamıya xeyrdi, hadisələr az olar, camaat rahat istifade edər”.
 
Respublikanın digər istiqamətlərdə də yolların yenidən qurulması işləri davam etdirilir.
 
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev əlavə olaraq bildirib ki, Bakı-Quba Rusiya itiqamətində və eyni zamanda Ələt-Astara, Bakı-Şamaxı-Yevlax, Hacıqabul-Bəhrəmtəpə avtomobil yollarında işlər gedir.