Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət alan şəxslərdən daha biri vəfat edib.
Maide.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunur ki, 17.10.2020-ci il tarixdə düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Ramiz oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.
Qeyd edək ki, Erməni silahlı birləşmələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 14 mülki şəxs şəhid olmuş, 55 nəfər xəsarət almışdı.