Güclü qar Fransada 140 min evi işıqsız qoydu

Fransanın cənub-şərqində güclü qar səbəbindən 140 min ev elektrik enerjisiz qalıb.
 
Maide.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Enedis" şirkətinin məlumatında deyilir.
 
Məlumatda bildirilir: "Drom, İzer və Ardeş departamentlərində 140 min ev elektrik enerjisiz qalıb. Bizim təmir briqadalarımız səfərbər edilib".
 
"BFMTV" telekanalı bildirilir ki, güclü qar nəticəsində İzer departamentində 1 nəfər həlak olub.