Gündəlik hökmlər: Ətin içində qalmış qanın hökmü

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin  Ətin içində qalmış qanın hökmü haqqında sualın cavabını  təqdim edir:  
 
Sual: Kəsilmiş heyvanın ətinin içində qalmış qan halaldırmı?
 
Cavab: Əgər kəsildikdən sonra təbii şəkildə qanı axarsa, bədənin daxilində qalan qanın murdar olmamasına baxmayaraq, onu yemək haramdır. Amma bişirildiyi zaman yeməyin içində aradan gedərsə və ya ətin içində  olub onun bir hissəsi sayılarsa, onda onu yeməyin eybi yoxdur.