Gündəlik hökmlər: Spirtin paklıq və murdarlığı

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin  Spirtin paklıq və murdarlığı hökmü haqqında sualın cavabını  təqdim edir:  
 
Sual: Dərmanların hazırlanmasında, tibbi praktikada dezinfeksiya və inyeksiya zamanı istifadə olunan spirt murdardırmı?
 
Cavab: Əgər ondakı spirt əsli maye formasında olan məstedicilərdəndirsə, vacib ehtiyata əsasən, murdardır və ona bulaşan bədən və ya paltarla namaz qılmaq olmaz. Şəkk edildiyi təqdirdə, pak hökmündədir.