Gündəlik hökmlər: Heyvanın başını kəsən zaman ‘Bismillah’ demək

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin  Heyvanın başını kəsən zaman ‘Bismillah’ demək  haqqında sualın cavabını  təqdim edir:  
 
Sual: Heyvanın başını kəsən zaman "Bismillah" demək lazımdırmı? Əgər bu zaman onun mənası və tərcüməsi, yaxud ona bənzər bir ifadə və yaxud başqa dillərdə deyilərsə, kifayət edərmi ?
 
Cavab : Heyvanın başını kəsən zaman Allahın adı mütləq çəkilməlidir və hər hansı bir dildə deyilərsə də kifayət edir. Amma ehtiyat budur ki, ərəb dilində deyilsin.