Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin İkiyollu məkan haqqında sualın cavabını təqdim edir:
Sual: Kəndin iki yolu var, birindən şəhərə kimi 19 km, digərindən isə 22 km.-dir. Əgər kimsə şəhərə gedəndə 19 km.-lik yolla gedib, qayıdanda 22 km.-lik yolla qayıdarsa, onun namazı bütövdür, yoxsa qəsr?
Cavab: Gedərkən şəri məsafənin 4 fərsəxdən (20,5 km) az olmamasının lazım olduğunu nəzərə alaraq, namazı bütöv qılmalıdır.