Gündəlik hökmlər: Abort etdirmək

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Abort etdirmək   haqqında sualına cavabını  təqdim edir: 
 
Sual: Həyat yoldaşım 3 aylıq hamilədir. Həkimlər müxtəlif analizlərdən sonra belə nəticəyə gəliblər ki, uşaq qüsurludur və dünyaya gəldiyi təqdirdə, təqribən, 5 il yaşaya biləcəkdir. Bu halda, abort etməyə icazə varmı?
 
Cavab: Abort şəri cəhətdən haramdır və rüşeymin sırf qüsurlu olması - hətta ruh üfürülməzdən əvvəl - abort etməyin şəri cəhətdən caizliyinə səbəb olmaz. Amma elə qüsurlu uşağı saxlamaq (ona baxmaq) həddən artıq çətinliyə düşməyə səbəb olarsa, ruh üfürülməzdən öncə abort etmək caizdir, amma vacib ehtiyata əsasən, onun diyəsi ödənilməlidir.