Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Namazda İmam Hüseynə (ə) salam verməyin hökmü haqqında sualına cavabını təqdim edir:
Sual: Namazın qunutunda İmam Hüseynə (ə) salam verməyin bir eybi varmı? Əgər bir şəxs bu işi keçmiş namazlarında yerinə yetiribsə, bunun hökmü nədir?
Cavab: Ümumiyyətlə, namazda Allahdan başqasına xitab etmək namazın batil olmasına səbəb olur. Əlbəttə, hökmü bilmədiyi üçün, bu işi görməklə namazının düzgün olduğunu düşünübsə, keçmiş namazların qəzası yoxdur. Amma vacib ehtiyata əsasən, səcdeyi-səhv etməlidir.