Gündəlik hökmlər: İmam camaatın rükusuna çatmaqda şəkk etmək

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin İmam camaatın rükusuna çatmaqda şəkk etmək   haqqında sualına cavabını  təqdim edir: 
 
Sual: Əgər bir şəxs rükuda olan imam camaata iqtida etsə və rükuya getdikdən sonra şəkk etsə ki, imamın rükusuna çatıb ya yox, namazının hökmü nədir?
 
Cavab: Əgər imam camaatın rükusuna çatacağını güman edib iqtida etdikdən sonra, şəkk etsəniz ki, imam camaatın rükusuna çatdınız ya yox, namazınızın fərdi şəkildə düzgün olması nəzərə uzaq deyil (yəni namazınızı fərdi şəkildə davam etdirməlisiniz) və (müstəhəb) ehtiyata əsasən, həmin namazı tamamlamalı və yenidən qılmalısınız.