Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Qadının namaz qılarkən geyimi haqqında sualına cavabını təqdim edir:
Sual: Qadının namaz halında geyimi necə olmalıdır? Naməhrəm olmayan yerdə, yenə də hicablı olmaq lazımdırmı?
Cavab: Qadın namaz halında - üz dairəsi və əllər biləngə qədər istisna olmaqla - bütün bədənini örtməlidir. Amma naməhrəm olmadığı surətdə, ayaqların topuğa qədər örtülməsi vacib deyil.