Gündəlik hökmlər: Ayat namazını camaatla qılmaq

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin  Ayat namazını camaatla qılmaq haqqında  sualına cavabını  təqdim edir:
 
Sual:  Ayat namazını camaatla qılmaq olarmı?
 
Cavab
 
* Ayat namazını camaatla qılmağın maneəsi yoxdur, hətta onu camaatla qılmaq müstəhəbdir.
 
* Ayat namazını camaatla qılmağın hökmü gündəlik namazları camaatla qılmağın hökmü kimidir.  Belə ki, imam-camaatın "qiraət"i kifayət edir və məmum"qiraət" etmir (yəni Həmd və Surəni oxumur).