Gündəlik hökmlər: Namaz əsnasında uşaq vasitəsilə möhürün götürülməsi

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin   Namaz əsnasında uşaq vasitəsilə möhürün götürülməsi  sualına cavabını  təqdim edir:
 
Sual: Namaz əsnasında uşaq möhürü götürərsə, vəzifə nədir?
 
Cavab: Əgər əl altında səcdənin düzgün olduğu (torpaq, daş, ağac kimi) bir şey varsa, ona səcdə etmək lazımdır. Əks-təqdirdə, əgər vaxt genişdirsə, namazı pozmalı və yenidən namazı səcdənin düzgün olduğu şeylə qılmaq lazımdır.