Gündəlik hökmlər: İqtida edən şəxsin imam-camaata tabeliyi

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin İqtida edən şəxsin imam-camaata tabeliyi haqqında sualına cavabını  təqdim edir:
 
Sual. Camaat namazında iqtida edən şəxs imam-camaata hansı şəkildə tabe olmalıdır?
 
Cavab: İqtida edən şəxs namazın hərəkətlərində imam-camaata tabe olmalıdır, yəni namazın hərəkətlərini imam-camaatdan tez yerinə yetirməməlidir, həmçinin imam-camaatdan sonra yerinə yetirdikdə də çox yubanmamalıdır. Amma namazın sözlərinə və zikrlərinə gəlincə, təkbirətul-ehram istisna olmaqla, imam-camaata tabe olması vacib deyildir. Təkbirətul-ehramı isə imam-camaatdan qabaq və ya onunla birlikdə deməməlidir. Ehtiyat-vacibə görə, imam-camaat təkbirətul-ehramı deyib qurtarmamış iqtida edən şəxs onu deməyə başlamamalıdır.