Gündəlik hökmlər: Qeyri-mötəbər həkimin qadağası

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Qeyri-mötəbər həkimin qadağası haqqında sualına cavabını  təqdim edir:
 
Sual: Şəri məsələlərə ciddi yanaşmayan bəzi həkimlər xəstələrə oruc tutmağı zərərli bilir və bundan çəkindirirlər. Həmin həkimlərin sözü dəlildirmi?
 
Cavab: Mükəlləfin öz diaqnozu meyardır. Mükəlləf məntiqi olaraq ehtimal versə və ya qorxsa ki, oruc tutmaq ona zərərdir, oruc tutması vacib deyil. Əlbəttə, zərərdən qorxu bəzən etibarlı mütəxəssislərin sözündən, bəzən də oxşar xəstələrin və ya xəstənin öz təcrübəsindən hasil olur.