Gündəlik hökmlər: Oruc halında əzələyə iynə vurulması və venaya sistem köçürülməsinin hökmü

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Oruc halında əzələyə iynə vurulması və venaya sistem köçürülməsinin hökmü  haqqında sualına cavabını  təqdim edir:
 
 
Sual: Mübarək Ramazan ayında oruc tutmuş şəxsin iynə vurdurması barəsində nəzəriniz nədir?
 
Cavab: Vacib-ehtiyata görə, oruc tutmuş şəxs dəri altına vurulan qüvvətləndirici və qidalandırıcı iynələrdən, damara vurulan hər növ iynədən və damara köçürülən hər növ sistemdən istifadə etməməlidir. Amma dəri altına vurulan müalicəvi iynələrdən, həmçinin bədənin hansısa bir nahiyəsini hissiz edən iynələrdən istifadə etməyin maneəsi yoxdur.