Gündəlik hökmlər: Uzun dırnaqlarla dəstəmaz almaq və namaz qılmağın hökmü

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Uzun dırnaqlarla dəstəmaz almaq və namaz qılmağın hökmü haqqında  sualına cavabını  təqdim edir:
 
Sual: Uzun dırnaqla dəstəmaz almaq və namaz qılmağın iradı varmı?
 
Cavab: Əgər dırnaq adi həddən uzun olarsa, belə ki, dırnağın uzun olan hissəsinin altı ürfə görə zahirdən hesab olunarsa (yəni əlin iç tərəfindən baxdıqda dırnaq barmaqdan kənara çıxarsa), dəstəmaz və qüsl zamanı bu hissənin altındakı çirk təmizlənməli və onun altına su dəyməlidir. Həmçinin namazda səcdə edərkən, ehtiyat-vacibə görə, ayağın baş barmağının başı yerə dəyməlidir.