Günün hədisi: Belə bir insana lovğalıq yaraşırmı?

Maide.Az günün hədisini təqdim edir: 
 
İmam Əli (ə):
 
مِسْكِينٌ ابْنُ آدَمَ: مَكْتُومُ الاجَلِ، مَكْنُونُ الْعِلَلِ، مَحْفُوظُ الْعَمَلِ، تَؤْلِمُهُ الْبَقَّةُ، وَتَقْتُلُهُ الشَّرْقَةُ وَتُنْتِنُهُ الْعَرْقَةُ
 
“Yazıq Adəm övladı: əcəli gizlidir (nə vaxt öləcəyini bilmir), xəstəlikləri naməlumdur (həmişə xəstəliklərə düçar olmaq təhlükəsindədir) və əməli saxlanılır (bütün işləri “əməl dəftəri”ndə qeydə alınır). Ağcaqanad onu incidir, suyun (və ya qidanın) boğazda qalması onu öldürür və tər onu iyləndirir. (Bütün bunlarla yanaşı, belə bir kəsə lovğalıq və təkəbbürlülük yaraşırmı?!)”
 
“Nəhcül-bəlağə”, qısa kəlamlar 411.