Günün hədisi: ‘Beytül-mal’ı mənimsəyənlər...

Maide.Az günün hədisini təqdim edir: 
 
İmam Əli (ə) məmurlarından birinin “beytül-mal”ın xərcində haqsızlığa yol verdiyi haqda məlumat əldə etdikdə, hesabat verməsini tələb edir:
 
فَقَدْ بَلَغَنِي عَنْكَ أَمْرٌ إِنْ كُنْتَ فَعَلْتَهُ فَقَدْ أَسْخَطْتَ رَبَّكَ وَ عَصَيْتَ إِمَامَكَ وَ أَخْزَيْتَ أَمَانَتَكَ بَلَغَنِي أَنَّكَ جَرَّدْتَ الْأَرْضَ فَأَخَذْتَ مَا تَحْتَ قَدَمَيْكَ وَ أَكَلْتَ مَا تَحْتَ يَدَيْكَ فَارْفَعْ إِلَيَّ حِسَابَكَ وَ اعْلَمْ أَنَّ حِسَابَ اللَّهِ أَعْظَمُ مِنْ حِسَابِ النَّاسِ
 
“Mənə səndən bir iş barəsində xəbər çatıb ki, əgər onu etmisənsə, Rəbbini qəzəbləndirmiş, rəhbərinə qarşı itaətsizlik etmiş və əmanətini xar etmisən. (Hakimlik işində xəyanət etmisən və artıq, hakimlik ləyaqətini itirmisən.) Mənə (xəbər) çatıb ki, sən yeri silib-süpürüb, ayaqlarının altında olan hər bir şeyi götürmüsən və əlində olanları yemisən. ((Bağ və əkinəcəklərin məhsullarını, beytül-malı özün üçün götürmüsən və rəiyyətə bir şey verməmisən.) İndi öz hesabını (mədaxil və məxaricinin) mənə göndər və bil ki, Allahın hesabı (sorğu-sualı) xalqın hesabından daha böyükdür.”
 
“Nəhcül-bəlağə”, məktub 40.