Günün hədisi: Onları tanıyanların müjdəsi...

Maide.Az günün hədisini təqdim edir: 
 
Salman Farsi:
 
دَخَلتُ عَلى رَسولِ اللّهِ (ص) يَومًا، فَلَمّا نَظَرَ إلَيَّ قالَ: يا سَلمانُ، إنَّ اللّهَ عَزَّوجَلَّ لَم يَبعَث نَبِيًّا ولا رَسولاً إلاّ جَعَلَ لَهُ اثنَي عَشَرَ نَقيبًا... قُلتُ: يا رَسولَ اللّه، بِأَبي أنتَ واُمّي، ما لمِنَ عَرَفَ هؤُلاءِ؟ فَقالَ: يا سَلمانُ، مَن عَرَفَهُم حَقَّ مَعرِفَتِهِم واقتَدى بِهِم، فَوالى وَلِيَّهُم وتَبَرَّأَ مِن عَدُوِّهِم فَهُوَ واللّهِ مِنّا، يَرِدُ حَيثُ نَرِدُ، ويَسكُنُ حَيثُ نَسكُنُ
 
“Bir gün Peyğəmbəri-Əkrəmin (s) hüzuruna getmişdim. Həzrət məni görən kimi buyurdu: “Ey Salman, Allah-Taala elə bir peyğəmbər və rəsul göndərməyib ki, onun on iki vəsisi (canişini) olmasın.” Mən dedim: “Ey Allahın Rəsulu, ata-anam sənə qurban olsun! Onları tanıyanların müjdəsi nədir?” Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Ey Salman! Hər kəs onları olduğu kimi tanıyıb, onlara iqtida etsə, onların dostlarını sevib düşmənlərindən uzaqlaşsa, Allaha and olsun ki, o kəs bizdəndir. Biz hər hansı yerə daxil olsaq, o da daxil olar və biz olduğumuz yerdə o da sakin olar.”
 
“Biharul-ənvar”, c.53, səh.142, hədis 162.