İmam Əlinin (ə) vəsiyyətləri silsiləsindən - 4

İmam Əli (ə) buyurmuşdur:
 
عَلَيكُم بِتَقوَى اللّهِ وطاعَةِ مَن أطاعَ اللّهَ مِن أهلِ بَيتِ نَبِيِّكُم، الَّذينَ هُم أولى بِطاعَتِكُم فيما أطاعُوا اللّهَ فيهِ مِنَ المُنتَحِلينَ المُدَّعينَ المُقابِلينَ إلَينا، يَتَفَضَّلونَ بِفَضلِنا ويُجاحِدونا أمرَنا، ويُنازِعونا حَقَّنا ويُدافِعونا عَنهُ، فَقَد ذاقوا وَبالَ مَا اجتَرَحوا، فَسَوفَ يَلقَون غَيًّا.
 
“Sizə Allahdan qorxmağı (təqvalı olmağı), Allaha itaət edənə Peyğəmbərinizin Əhli-beytinə də itaət etməyi tövsiyə edirəm. Onlar Allaha itaətkarlıqlarına görə, buna layiqdirlər. Amma yalandan özlərini haqq bilənlər, ondan dəm vuranlar, bizimlə üz-üzə durub fəzilətlərimizi mənimsəyənlər, əmrimizi inkar edənlər, haqqımızı qəsb edərək bizimlə ədavət saxlayan və qarşımızı alanlar, əlbəttə, bunun cəzasını dadmışlar və tezliklə (axirətdə də) öz zülm və haqsızlıqlarının aqibətini görəcəklər.” (“Əl-irşad”, c.1, səh.359.)
 
Maide.az – Maarif bölümü