Tokio Yay Olimpiya Oyunlarında 63 ölkənin çempionluğu var

Avqustun 5-nə olan statistikaya görə, Tokio Yay Olimpiya Oyunlarında 63 ölkənin çempionluğu var.
 
Maide.Az "Novator.az"a istinadla xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinə məlumatına görə, Çin 34, ABŞ 29, Yaponiya 22, Avstraliya 17, Rusiya, Böyük Britaniya 16 qızıl medal əldə edib.
 
Almaniya 9, İtaliya, Fransa, Niderland, Yeni Zelandiya 7, Cənubi Koreya 6, Macarıstan, Kuba 5, Kanada, Braziliya, Çexiya 4, İsveçrə, Polşa, Xorvatiya, Yamayka, Belçika 3, İsveç, Tayvan, İspaniya, Gürcüstan, Danimarka, İran, Norveç, Sloveniya, Ekvador, Yunanıstan, Özbəkistan, Kosovo, Qətər 2 qızıl qazanıb.
 
Ukrayna, Rumıniya, Venesuela, Honkonq, Keniya, CAR, Slovakiya, Türkiyə, Avstriya, Serbiya, İndoneziya, Bolqarıstan, Portuqaliya, Belarus, Efiopiya, Filippin, Uqanda, Tunis, İrlandiya, İsrail, Estoniya, Fici, Latviya, Tailand, Baham adaları, Bermud adaları, Mərakeş, Puerto Riko 1 qızıl medal alıb.
 
İyulun 23-də start götürən olimpiada avqustun 8-də bitir.