Kərbəla şəhidi – Ənəs ibn Haris Kahili

Kufənin adlı-sanlı şiələrindən olan Ənəs Bəni-Əsəd qəbiləsinin “Kahil” qolundandır, həm özü, həm də atası Haris Peyğəmbərin (s) səhabələrindən sayılır. 
 
Ənəs İmam Hüseynin (ə) Kərbəlaya gəldiyini eşitdikdə, Kufədən Kərbəlaya doğru hərəkət etdi və gecə ikən o Həzrətə qoşuldu.
 
O, Aşura günü zöhr namazını İmam Hüseynlə (ə) birgə qıldıqdan sonra, digər səhabələr kimi, düşmənlə döyüşmək üçün İmamdan (ə) icazə istədi. İmam (ə) ona icazə verdi. O, “Əli (ə) övladları Allahın, Hərbin (Əbu Süfyan atası) övladları isə şeytanın ordusudur.” – deyərək meydana qədəm qoydu.
 
Düşməndən bir neçəsini öldürdükdən sonra, 78-80 yaşında ikən şəhadət məqamına nail oldu.
 
“Nahiyeyi-müqəddəsə” ziyarətində onun da adı çəkilir:السَّلامُ عَلی‌ انَسِ بْنِ الکاهِلِ الْأَسَدی‌ – “Salam olsun Ənəs ibn Kahil Əsədiyə!”
 
Maide.Az