Günün hədisi: Axirətini dünyana satma!

Maide.Az günün hədisini təqdim edir:
 
İmam Əli (ə) İmam Həsənə (ə) vəsiyyət edərkən belə buyurmuşdur:
 
وَ اعْرِضْ عَلَيْهِ أَخْبَارَ الْمَاضِينَ، وَ ذَكِّرْهُ بِمَا أَصَابَ مَنْ كانَ قَبْلَكَ مِنَ الْأَوَّلِينَ، وَ سِرْ فِي دِيَارِهِمْ وَ آثَارِهِمْ، فَانْظُرْ فِيَما فَعَلُوا، وَ عَمَّا انْتَقَلُوا، وَ أَيْنَ حَلُّوا وَ نَزَلُوا! فَإِنَّكَ تَجِدُهُمْ قَدِ انْتَقَلُوا عَنِ الْأَحِبَّةِ، وَ حَلُّوا دِيَارَ الْغُرْبَةِ، وَ كَأَنَّكَ عَنْ قَلِيلٍ قَدْ صِرْتَ كَأَحَدِهِمْ. فَأَصْلِحْ مَثْوَاكَ، وَ لاَ تَبِعْ آخِرَتَكَ بِدُنْيَاكَ؛
 
(Ey oğlum!) Keçmişdəkilərin xəbərlərini qəlbinə ərz et, səndən qabaqkıların başına gələnləri ona xatırlat, diyarları və nişanələrini seyr et; gör nə ediblər, nədən ayrılıblar, haradan qalxıb haraya düşüblər? Onda görərsən ki, öz dostlarından ayrılmış və qürbət diyarına düşmüşlər. Sanki sən də tezliklə onlardan biri olacaqsan. Elə isə, yerini islah (və abad) et və axirətini dünyana satma!”
 
“Nəhcül-bəlağə”, məktub 31.