Göygöldə ağır qəza: Ölən və yaralananlar var

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
 
Hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.
 
"QAZ-24" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılması nəticəsində bir nəfər dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb.
 
Yol qəzasına düşənlər bir ailənin üzvləridir. 
 
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.