Hər on amerikalıdan biri içkinin qurbanı olur

Xəstəliklərə nəzarət və onlarla mübarizə institutunun (Institute for disease control and prevent) mütəxəssisləri  apardıqları araşdırma zamanı məlum olub ki,  alkoqollu içkilər Amerika əhalisi arasında ölüm hallarının artmasına səbəb olub.

Maide.az-ın məlumatına görə, Amerikada fəaliyyət göstərən institutdan verilən açıqlamada bildirilir ki,  alkoqollu içkilər insan ömrünün 30 il qısalmasına gətirib çıxarır. Hər 10 ölüm hadisəsindən biri spirtli içkilərin payına düşür.

Araşdırmalar zamanı həmçinin məlum olub ki, içkidən ölən kişilər həftə ərzində 15 dəfə, qadınlar isə 8 dəfə alkoqollu içki qəbul ediblər.