HƏDİSLƏR AYNASINDA ŞƏBAN AYININ FƏZİLƏTİ-8

-- Şəban ayında əməllər Rəbbin dərgahına qaldırılır

Şəban ayında əməllər Rəbbin dərgahına qaldırılır:

حَدَّثَنَا أَحْمَدُ بْنُ الْحَسَنِ الْقَطَّانُ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مُحَمَّدِ بْنِ الْحُسَيْنِ قَالَ حَدَّثَنَا يَزِيدُ بْنُ سِنَانٍ الْمُبْصِرِيُ‏ نَزِيلُ مِصْرَ قَالَ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ قَالَ حَدَّثَنَا ثَابِتُ بْنُ قَيْسٍ الْعَمْرِيُّ قَالَ حَدَّثَنِي أَبُو سَعِيدٍ الْمُقْرِي قَالَ حَدَّثَنِي أُسَامَةُ بْنُ زَيْدٍ قَالَ: كَانَ رَسُولُ اللَّهِ ص يَصُومُ الْأَيَّامَ حَتَّى يُقَالَ لَا يُفْطِرُ وَ يُفْطِرُ حَتَّى يُقَالَ لَا يَصُومُ.

قُلْتُ رَأَيْتُهُ يَصُومُ مِنْ شَهْرٍ مَا لَا يَصُومُ فِي شَيْ‏ءٍ مِنَ الشُّهُورِ؟

قَالَ نَعَمْ.

قُلْتُ أَيَّ الشُّهُورِ؟

قَالَ شَهْرَ شَعْبَانَ كَانَ يَقُولُ هُوَ شَهْرٌ يَغْفُلُ النَّاسُ عَنْهُ بَيْنَ رَجَبٍ وَ شَهْرِ رَمَضَانَ وَ هُوَ شَهْرٌ يُرْفَعُ فِيهِ الْأَعْمَالُ إِلَى رَبِّ الْعَالَمِينَ جَلَّ جَلَالُهُ فَأُحِبُّ أَنْ يُرْفَعَ لِي عَمَلِي وَ أَنَا صَائِمٌ‏.

Əbu Sədi Müqri nəql edir: “Üsamə ibn Zeyd deyirdi ki, Peyğəmbər (s) ilin bəzi günlərini o qədər oruc tuturdu ki, o həzrətin bir də “hələ” günü olmayacağını təsəvvür edirdik və bəzən də o qədər “hələ” olurdu ki, o həzrətin bir də oruc tutmayacağını düşünürdük.”

Üsaməyə dedim: “Heç olubmu ki, Peyğəmbəri (s) hanısısa ayda daha çox oruc tutduğunu görəsən, belə ki, digər aylarda o qədər oruc tutmasın?”

Üsamə dedi: “Bəli, olub!”

Dedim: “Hansı ayda?”

Üsamə dedi: Şəban ayında. Peyğəmbər (s) bu barədə buyurub: “Şəban bir aydır ki, insanlar ondan Rəcəblə Ramazan aylarının fasiləsində qəflət edirlər. Halbuki Şəban ayında insanların əməlləri aləmlərin Rəbbinin hüzuruna aparılar və mən əməllərim ilahi dərgaha gedərkən oruc olmağı sevirəm.”

P.S: "Bəlkə də Ramazan ayının “Qədr” gecəsi müqəddərat yazılacaq deyə, Şəban ayında əməl dəftərləri ilahi dərgaha aparılır və nə yaxşıdır ki, bu ayı oruc tutaraq özümüz də ilahı dərgaha qonaq olaq, necə deyərlər: "Üz üzdən utanar." (mütərcimdən)

Mənbə:

“Fəzailu əşhuris-səlasə”, Şeyx Səduq – Əbu Cəfər Məhəmməd ibn Babəvəyh Qummi (306-381 h.q), “Fəzailu şəhri-Şəban” bölümü, hədis 26.

Mütərcim: Mirməhəmməd Bəşir