HƏMAS rəsmisi bəzi ərəb ölkələrini ifşa etdi

Fələstinin HƏMAS hərəkatı Qəzza üzrə rəsmisi Yəhya əs-Sinvar bəzi ərəb ölkələrinin təkliflərindən danışıb.

"Adlarını vermək istəmirəm. Lakin bu dövlətlər mənə dedilər ki, əgər ABŞ ilə münasibətləri düzəltsək, HƏMAS-a dəstək olacaqlar", - deyə Yəhya əs-Sinvar diqqətə çatdırıb.

Yəhya əs-Sinvar vurğulayıb ki, HƏMAS hərəkatı Qəzzadakı humanitar böhrana görə bir çox ərəb ölkəsinə müraciət edib.

O qeyd edib ki, bəzi ərəb ölkələri də İsrail rejimi ilə münasibətləri normallaşdırdı və bu rejimin himnini öz ölkələrində səsləndirdilər  /eastnews.org/