HƏMAS İsrail ilə atəşkəsdən imtina etdi

Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun üzvü Xəlil əl-Xayyə İsrail rejimi ilə atəşkəs ehtimalından danışıb.

Xəlil əl-Xayyə açıqlamasında vurğulayıb ki, İsrail rejimi ilə uzun müddətli atəşkəs mümkün deyil.

"Biz bu məsələyə görə heç kimin vasitəçi olmasını istəmirik. Bu barədə qərarımız qətidir", - deyə Xəlil əl-Xayyə diqqətə çatdırıb.

HƏMAS rəsmisi qeyd edib ki, Fələstin torpaqları tezliklə azad olacaq və bu yaxın tarixdə baş verəcək. / eastnews