HƏMAS: Fələstin hərəkatları ‘Əsrin müqaviləsi’nə qarşı birlikdə çalışmalıdır

HƏMAS siyasi bürosunun rəhbəri Fələstin məsələsinin bütün İslam ümmətinin məsələsi olduğunu adlandıraraq, Fələstin hərəkatlarının "Əsrin müqaviləsi"nə qarşı çalışmalı olduğunu vurğulayıb. İsmail Haniyə verdiyi açıqlamada HƏMAS hərəkatının digər Fələstin hərəkatları ilə ABŞ-ın "Əsrin müqaviləsi"nə qarşı çıxma yollarını müzakirə etmək üçün təcili iclas keçirməyə hazır olduğunu bildirib.
 
İ.Haniyə, Fələstin hərəkatlarının bir araya gəlməsi onların düşmən siyasətinə qarşı çıxması üçün bir ittifaq yaratmasına səbəb ola biləcəyini qeyd edərək, ABŞ planlarının qətiliklə rədd edilməsini vurğulayıb. Fəth sözçüsü Əsamə əl-Qəvasmi açıqlamasında dedi: "ABŞ və İsrail rejimi Fələstinin sahibi deyillər ki, xalqının taleyini təyin etsinlər. Ağ Evin planı Netanyahunun maraq dairəsindədir və seçki xarakterlidir".
 
Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin katibi Saib Arikat, ABŞ-ın "Əsrin sazişi" planını ortaya qoyduğu təqdirdə, təşkilatının Oslo Sazişindən çıxacağını söyləyib. ABŞ prezidenti, sionist rejimin baş naziri ilə görüşdə "Əsrin müqaviləsi" üçün planını səsləndirmək niyyətində olduğunu söyləmişdir. ABŞ-sionist "Əsrin müqaviləsi" planına əsasən, Qüds tamamilə sionist rejimə keçməlidirlər, bununla da digər ölkələrdə olan fələstinli qaçqınlar vətənlərinə qayıda bilməyəcəklər və Fələstinə yalnız İordan çayının qərb sahili və Qəzza zolağı qalacaq. /Deyerler.org