HƏMAS rəsmisi xəbərdarlıq etdi

Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Hazim Qasim İsrail rejiminin işğalı altında olan ərazilərdən Fələstinin nəzarəti altında olan ərazilərə qədər sərhədlərin xəritəsinin hazırlanmasına münasibət bildirib.

"Sionist İsrail rejiminin suverenlik xəritələrinin hazırlanması Fələstin xalqına hücum deməkdir. Bu hücumun təşkilatçısı Amerika Birləşmiş Ştatları hökumətidir", - deyə Hazim Qasim diqqətə çatdırıb.

HƏMAS-ın Fələstin xalqının haqlarını qoruyacağını vurğulayan Hazim Qasim işğal ilə heç vaxt barışmayacaqlarını da sözlərinə əlavə edib.

"Bu xəritə Vaşinqtonda nümayiş ediləndə bəzi ərəb dövlətlərin ABŞ-dakı səfirləri də qatıldılar. Bu səfirlər Fələstin xalqını arxadan yaraladılar", - deyə Hazim Qasim qeyd edib. /eastnews.org/