Həcc ziyarətinə getmək istəyənlərin sayında azalma var

Sənəd qəbulu başlanan gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edənlərin sayı 100 nəfəri ötüb.
 
Maide.Az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən Modern.az-a məlumat verilib ki, zəvvarlar ziyarətə təyyarə ilə gedəcəklər.
 
Bildirib ki, bu il Həcc ziyarətinin qiymətində artım olacaq. Ziyarətin qiyməti 4490 dollar olacaq. Ötən il isə bu məbləğ 4285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.
 
Reportun məlumatına görə, Bu il Həcc ziyarətinə təkrar getmək istəyənlərə güzəşt edilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsaəsn, onlar üçün nəzərdə tutulan əlavə ödəniş ləğv edilib. Ötən il bu rüsum 75 ABŞ dolları idi. Bu il isə Həcc ziyarətinə təkrar getmək istəyənlər həmin məbləği ödəməyəcəklər. 
 
Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanıb.
 
Keçən il olduğu kimi, bu il də kvotaların sayı (1400) eynidir.