HƏMAS rəsmisi İsrail qarşısında geri addım atılmayacağını qeyd etdi

Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Hazim Qasim İsrail rejimi ilə mübarizədən danışıb.

 
O, jurnalistlərə açıqlamasında bildirib ki, İsrail rejimi ilə mübarizə aparmağın tək yolu müqavimət göstərməkdir.
 
"Əgər hansısa dialoqa gedilsə, Fələstin xalqına xəyanət edilmiş sayılacaq. Ona görə mübarizə və döyüş bizim tək çıxış yolumuzdur", - deyə Hazim Qasim diqqətə çatdırıb.
 
Hazim Qasim qeyd edib ki, fələstinlilər İsrail rejimi qarşısında mübarizədən heç vaxt geri addım atacaq xalq olmayacaqlar.