HƏMAS rəsmisi çağırış etdi

Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Hazim Qasim İsrail rejimi ilə bağlı ərəb və müsəlman ölkələrinə çağırış edib.   

Çağırışda vurğulanıb ki, dövlətlər İsrail rejiminin ilhaq qərarına qarşı daha ciddi addımlar atmalıdırlar.

"Fələstin torpaqlarının azad edilməsi daha zəruri məsələ olmalıdır. İsrail rejimi Fələstin mübarizəsini unutdurmağa çalışır", - deyə Hazim Qasim diqqətə çatdırıb.   

O qeyd edib ki, Fələstinin müqavimət cəbhəsi də xalqla birgə hərəkət edir və geri addım atmır.  /eastnews.org/