Həsən Nəsrullah: Amerika İŞİD-i İraq və Suriyada yenidən canlandırmağa çalışır

 
ABŞ İŞİD-i İraq və Suriyada yenidən canlandırmağa çalışır ki, terrorizmlə mübarizə bəhanəsi ilə  regionda mövcudluğunu davam etdirsin.  
 
Maide.Az xəbər verir ki, bunu   Livan "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ötən axşam Livan və böglədəki son durumla bağlı çıxışında deyib. 
 
H.Nəsrullah  ilk öncə  Küveyt əmiri Sabah əl-Əhməd əl Cabir əs-Sabahın vəfatı münasibətilə başsağlığı verib  və  ona  Livanla bağlı tutduğu mövqeyə görə təşəkkür edib.  
 
H.Nəsrullah həmçinin  Livan ordusunun bir neçə hərbiçisinin şəhid olması münasibətilə  onların ailələrinə başsağlığı verib. 
 
“Şəhid Süleymani və Əbu Mehdi Mühəndisin terror edilməsindən sonra İraq xalqı  ABŞ əsgərlərinin ölkədən çıxmasını tələb etdi.  ABŞ  terrorizmlə mübarizə bəhanəsi ilə regionda mövcudluğunu davam etdirmək üçün Livan, İraq və Suriyada İŞİD-i canlandırmağa çalışır”. 
 
Sionist rejim məsul şəxslərinin Hizbullahın Beyrutda  raket zavodu ilə bağlı iddialarına münasibət bildirən H.Nəsrullah qeyd eidb ki, Hizbullahın mətbuat xidməti  KİV nümayəndələri üçün  baxış təşkil edib və onlar Netanyahunun yalanını özləri müşahidə ediblər.  “Netanyahu iddia etmişdi ki, Hizbullah raketlərini qaz stansiyasının yanında anbar edib.  Biz raketlərimi nə  Beyrut limanında və nə də  qaz stansiyasında anbarda saxlamırıq. Biz raketlərimizi harda anbar etməyi çox yaxşı bilirik”. 
 
H.Nəsrullah Fransa prezidenti Makronun Hizbullahı xəyanətdə ittiham etməsi ilə bağlı ona xəbərdarlıq edib və  bildirib ki, bizimlə bu ədəbiyyatla danışma; Heç vaxt qəbul etməyəcəyik ki, Makron bizi xəyanətdə ittiham etsin və bu hərəkəti pisləyirik.  Əgər Fransanın Hizbullaha bağlı  nazirlərin  korrupsiyası ilə bağlı  hər hansı bir sübutu varsa onu  məhkəməyə təqdim etsin.  
 
H.Nəsrullah  Bəhreyn və BƏƏ-nin  sionist rejimlə əlaqələri normallaşdırmasına münasibət bildirib və qeyd edib ki, həmin ölkələrin xalqları  dövlətlərinin  əlaqələrin normallaşması iləbağlı qərarını qəbul etməyəcək.  “BƏƏ iddia edir ki,  müharibədən və fədakarlıq etməkdən yorulub, lakin  BƏƏ indiyədək nə müharibə edib və nə də fədakarlıq edib.Manama rəhbərliyi isə  elə hərəkət edir ki, elə bir Səudiyyə Ərəbistanın bir parçasıdır və müstəqil deyil”.