Azərbaycanın bir sıra ölkələrə yeni səfirləri təyin olunub

Azərbaycanın bir sıra ölkələrdə yeni səfirləri təyin edilib.
 
Sərəncama əsasən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın Belçika Krallığında, Rəşad Eynəddin oğlu Məmmədov Türkiyədə,  Fuad Eldar oğlu İsgəndərov  İsveçrə Konfederasiyasında, Cavanşir Əşrəf oğlu Latviya Respublikasında, Anar Abel oğlu Məhərrəmov Estoniya Respublikasında səfir, Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndə  təyin olunub.