Həmas: Lapidin Bəhreynə səfəri xəyanətdir

Sionist rejimin xarici işlər naziri Yair Lapidin Bəhreynə səfərini  bir kəlmədə ifadə etmək olar: “Xəyanət”. 
 
Maide.Az “almayadeen” ə  istinadla xəbər verir ki, bunu Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS)  üzvü Mahmud Əz-Zahar deyib. 
 
M.Əz-Zahar işğalçı rejimin xarici işlər nazirinin  Bəhreynə səfərini kəskin  pisləyib.  
 
“Bəzi ölkələr özünü ABŞ-dan asılı vəziyyətə gətiriblər və rəsmi Vaşinqtonu razı salmğa çalışırlar. Sionist rejimlə münasibətlərini adiləşdirən Ərəb ölkələri öz  əlləri ilə özlərini cəzalandırır.  Adiləşmə ilə bağlı əldə olunan razılaşmadan faydalanan yeganə tərəf sionist rejimidir”.
 
ABŞ prezidenti Co Baydenin İsrail rejimi üçün sabitlik ərməğan gətirə bilməyəcəyini deyən M.Əz-Zahar qeyd edib ki, çünki Bayden üçün ABŞ-ın mənfəti bütün mənfətlərdən üstündür. “Əgər ABŞ-ın gücü olsaydı Əfqanıstandan qaçmazdı”. 
 
Əz-Zahar işğalçı İsrail rejimi ilə  münasibətləri adiləşdirən ölkələrdən istəyib ki, tutduqları yoldan geri dönsünlər və Fələstin xalqının yardımına tələssinlər. 
 
Qeyd edək ki, sionist rejimin xarici işlər naziri Yair Lapid ötən gün Bəhreynə rəsmi səfər edib. Səfər çərçivəsində sionist rejimin Bəhreyndə səfirliyinin açılışı olub.
 
Xatırladaq ki, müsəlman ölkələri bu günə qədər Fələstin məsələsinə görə işğalçı İsrail rejimi ilə diplomatik əllaqələri kəsmişdi. Dəfələrələ buna cəhd olunsa da ictimai qınaq nəticəsində hər hansı əlaqə bərpa olunmamışdır.  Lakin son bir neçə ildə beynəlxalq hegemon qüvvələr o cümlədən ABŞ və bir sıra Avropa ölkələri  Fələstin məsələsini siyasi gündəmdən salmaq  üçün Fars Körfəzi ölkələri ilə sionist rejimin diplomatik əlaqələrinin adiləşdirilməsinə cəhd edirlər. Bununla da Fələstin məsələsini kənarda saxlamağa çalışırlar.