Hizbullah komandirinə sui-qəsd

Livanın cənubunda baş verən sui-qəsd nəticəsində Hizbullah komandirlərindən biri olan Əli Muhammed Yunis öldürülüb.
 
Maide.Az xəbər verir ki, Yunisin "Qüds" Qüvvələri komandiri şəhid Qasim Süleymaniyə yaxın şəxs olduğu bildirilir.
 
İran mənbələri "Hizbullah" liderlərindən olan Əli Muhammed Yunisin sui-qəsd nəticəsində Livanın cənubunda gecə saatlarında öldüyünü bildirir.
 
Yunisin bıçaqlanmış və güllələnmiş bədəni Livanın Nəbatiyə şəhərinin cənubundakı yolun kənarında avtomobildə tapılıb.