Misirin sabiq prezidenti Hüsnu Mübarək dünyasını dəyişib.
Maide.Az "RT"-ə istinadla xəbər verir ki, 91 yaşlı keçmiş diktator bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, H.Mübarək “ərəb baharı” inqilabı zamanı devrilmiş, daha sonra bir neçə ittihamla ömürlük həbs cəzasına məhkum edilmişdi.