Bu gün səhər Məşhəd şəhərində İmam Rzanın (ə) hərəminin günbəzinin üzərindəki bayrağın və O Həzrətin zərihinin üzərindəki örtük dəyişdirilmə mərasimi keçirilib.
Maide.Az –ın məlumatına görə, mərasim bu gün səhər Məşhəddə İmam Rzanın hərəmində İmam Rzaya (ə) məxsus ziyarətnamənin oxunması ilə başlayıb. Mərasimdə hərəmin xidmətçiləri və dünyanın müxtəlif ölkələrində Məşhədə səfər etmiş zəvvarlar iştirak edib.
Hər il, İmam Rzanın (ə) mövlud gününə bir gün qalmış hərəminin günbəzinin üzərindəki yaşıl bayraq dəyişdirilir.