Çində yeni koronavirusa yoluxanların sayı 849-a, ölənlərin sayı isə 26-ya çatıb

Çində yeni növ koronovirusa yoluxanların sayı 849-a çatıb.
 
Bu barədə Çinin regionlarının gigiyena və sağlamlıq məsələləri üzrə komitələrinin məlumatında deyilir.
 
Məlumata əsasən, yeni növ koronavirus 26 nəfərin ölümünə səbəb olub.
 
Qeyd edilir ki, yeni növ koronavirusa yoluxanlardan 177-nin vəziyyəti ağırdır, 34 nəfər isə artıq sağalıb.
 
Çinin Hubey əyalətində koronavirus infeksiyasının ocağı sayılan Uhan şəhərinin ardınca daha 9 şəhərlə nəqliyyat əlaqəsi dayandırılıb.
 
Belə olan halda bu və ya digər səviyyədə nəqliyyatın kəsildiyi şəhərlər 10-a çatıb: Uhan, Eçjou, Çibi, Huanqan, Syantao, Çjiszyan, Syantzyan, Xuanşi, Enşi və Syannin.
 
Uhan şəhərində daha sərt karantin elan olunub. Yanvarın 23-dən bu şəhərdə avtobuslar, gəmilər, metro dayandırılıb, sərnişin avtobusları və su nəqliyyatı şəhərə buraxılmır, aeroportdan uçuş və dəmir yolu nəqliyyatı da ləğv edilib, şəhər rəhbərliyi vacib səbəb olmadığı müddətdə Uhana getməyi və oranı tərk etməyi məsləhət görmür. /Trend