Çində zavodda torpaq sürüşdü, 7 nəfər itkin düşdü

Çində sement zavodunda torpaq sürüşməsi nəticəsində 7 nəfər itkin düşüb.

 
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
 
Bildirilib ki, hadisə Çinin cənub-qərbində Quyçjou əyalətində baş verib.
 
Məlumata görə, sürüşmə nəticəsində xəsarət alanlar da olub. Onlar xəstəxanaya yerləşdiriliblər.
 
Dağıntı altında qalanların axtarışı davam edir.