Çində güclü zəlzələ baş verib

Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində 6.2 bal gücündə zəlzələ qeydə alınıb.
 
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Altay-Sayan şöbəsi xəbər yayıb.
 
Zəlzələ saat 02:58-də (GMT+4) qeydə alınıb. Zəlzələnin episentri Şuymoqouda (Sincan-Uyğur Muxtar Bölgəsində şəhər dairəsi) yerləşib.
 
Dağıntı və itkilər barədə məlumat verilməyib.