Çində güclü zəlzələ baş verib, ölənlər var

Çinin Şıçuan vilayətində 6 bal gücündə zəlzələ baş verib.
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 60 nəfər yaralanıb.
 
Məlumata görə, xəsarət alanlardan azı 3-nün vəziyyəti ağırdır. Demək olar, 7 min insan ərazidən təxliyə edilib.
 
Ölkənin Seysmologiya Mərkəzi bildirib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:33-də (Bakı vaxtı ilə saat 00:33-də) Luçjou şəhərində qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
 
Qeyd edək ki, 2008-ci ilin mayında Siçuan vilayətində baş verən güclü zəlzələ nəticəsində 100 minə yaxın sakin ölmüş və ya itkin düşmüş, 375 min nəfər müxtəlif dərəcədə xəsarət almışdı. Bir neçə şəhər tamamilə dağılmışdı.