'Instagram'da 60 dəqiqəyə qədər video yükləmək olacaq

"İnstagram" sosial şəbəkəsi yüklənmiş videoların vaxtını "IGTV" tətbiqində əvvəlki yayım üsulundan imtina edərək bir dəqiqədən 60 dəqiqəyə qədər artırıb.

Maide.Az-ın "Qazeta.ru"ya istinadən verdiyi məlumata görə, "IGTV" tətbiqi rebrendinqdən keçəcək və "Instagram TV" adlandırılacaq.

Format "İnstagram"a yalnız video məzmununu izləmək üçün daxil olan istifadəçilər üçün əlverişli olacaq.

"IGTV" 2018-ci ilin iyun ayında təqdim edilib.